"Fərat qalxanı"nda 100 gün: 18 türk hərbçi ölüb

1 декабря 2016 11:56

Day.Az представляет новость на азербайджанском языке

Noyabrın 30-da Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisində "Azad Suriya Ordusu" ilə birgə həyata keçirdiyi "Fərat qalxanı" əməliyyatının 100-cü günü tamam olub.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu müddət ərzində əməliyyat zamanı 18 türk hərbçi şəhid olub, 2 hərbçi itkin düşüb. Onların əsir götürülərək Rakka şəhərinə aparıldığı bildirilir.

Əməliyyat nəticəsində 218 yaşayış məntəqəsinə nəzarət ələ keçirilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.