Nadir həmkarlarını təhqir etdi

1 декабря 2016 12:45

Day.Az представляет новость на азербайджанском языке

"Şoubiznesdə hamı can-candır, badımcanlardır. Can-canın qabağında nəsə olur, ya sibelcan, ya badımcan, ya da soxulcan. O can orginal can deyil. İnanmıram".

Big.az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə şoubiznesdəki olan dostluqlar barəsində deyib:

"Son zamanlar mən çox səbrli olmuşam. Özüm-özümü qınayıram ki, sən axı niyə bunu elədin, niyə acıladın. Axı Allaha xoş getməz. Belə də olanda deyirlər ki, maskalanır ya da deyirlər gəlin bundan istifadə edək. Sadəlik gözəllikdir. Mən sadə insanları sevirəm. Mənim dostlarım ola bilər ki, bilikcə, savadca məndən yüksək olsun. Amma maddi baxımdan aşağı ola bilər. Onların mənim madiyyatıma heç bir marağı yoxdur. Sadəcə münasibət var, münasibət olan yerdə mən özümü milyonçu sayıram".

Sənətindən söz açan ifaçı efirlərdə az-az görsənməsinə də aydınlıq gətirib:

"Hər şey yaxşıdır. İfaçıya nə lazımdır ki, efiri olsun, mahnıları radiolarda səslənsin. Şükür Allaha o da var. Sadəcə olaraq bəzi yerlərdə yoxam. Hardakı qalmaqal var, dedi-qodu var, dalca danışmaq var, qara yaxma var... Oradan uzağam, çox yorulmuşam. Həyat məni çox yorub, çiynimdə çox yük var. Təkcə sənət yükü yox, ailə yükü var. Buna görə mənə enerji lazımdır. Heç kimə möhtac olmaq istəmirəm".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.