Lavrov: "Türk əsgərlərinə aviazərbəni Suriya Silahlı Qüvvələri endirib"

1 декабря 2016 14:13

Day.Az представляет новость на азербайджанском языке

"Noyabrın 24-də Türkiyə Silahlı Qüvvələrinə Suriyada hava zərbəsi endirilib. Rusiyanın bununla heç bir əlaqəsi yoxdur. Bu hücum Suriya Silahlı Qüvvələri tərəfindən həyata keçirilib".

Day.Az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyədə səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib. 
 
S. Lavrov deyib ki, Rusiya Suriyada terrorizmlə mübarizə aparır: "Bir daha belə olayların olmamasını istəyirik".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.