Avstriyanın "Profil" jurnalının əməkdaşı Azərbaycandan üzr istədi - YENİLƏNİB

1 декабря 2016 15:40

Day.Az представляет новость на азербайджанском языке

---------
15:40

XİN-dən verilən məlumata görə, Avstriyanın daha bir jurnalisti Azərbaycandam adının arzuolunmaz şəxslər siyahısına daxil edilməməsini istəyib.

Belə ki, işğal olunmuş ərazilərimizə qeyri-qanuni səfər etmiş Avstriya vətəndaşı, "Wiener Zeitung" qəzetinin müxbiri Tomas Sayfert Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək, adının "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı"na daxil edilməməsini xahiş edib:

"Məktubunda Tomas Sayfert Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə hörmət etdiyini bildirərək, işğal olunmuş ərazilərə qeyri-qanuni səfərinin Azərbaycan Respublikasının həmin ərazilər üzrə suverenliyini şübhə altına almadığını vurğulayıb.

Tomas Sayfertin media nümayəndəsi olduğunu və müvafiq müraciətini nəzərə alaraq, onun adının arzuolunmaz şəxslər siyahısına daxil edilməməsinə dair qərar qəbul edilib".

---------
14:21

İşğal olunmuş ərazilərimizə qeyri-qanuni səfər etmiş Avstriya vətəndaşı, "Profil" jurnalının əməkdaşı Martin Ştaudinqer Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək, adının "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı"na daxil edilməməsini xahiş edib.

Day.Az-ın Azərbaycan xarici İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, məktubunda M.Ştaudinqer Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə hörmət etdiyini bildirərək, işğal olunmuş ərazilərə qeyri-qanuni səfərinin həmin ərazilərin beynəlxalq hüquqa əsasən Azərbaycan Respublikasının tərkib hissəsi olduğunu şübhə altına almadığını vurğulayıb. O, Azərbaycan dövlətinin bu səfəri qanunsuz hesab etməsindən məlumatlı olduğunu qeyd edərək, buna görə üzr istədiyini bildirib.

M.Ştaudinqerin media nümayəndəsi olmasını və müvafiq müraciətini nəzərə alaraq, onun adının arzuolunmaz şəxslər siyahısına daxil edilməməsinə dair qərar qəbul edilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.