Nazir müavini: "11 dövlət səhiyyə müəssisəsi özəlləşdiriləcək"

1 декабря 2016 14:22

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycanda 11 dövlət səhiyyə müəssisəsinin özəlləşdirilməsi nəzərdə tutulub.

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib.

Onun sözlərinə görə, bunlar əsasən təsərrüfat hesablı müəssisələrdir:

"11 müəssisə artıq müvafiq siyahıya daxil edilib. Bunların da özəlləşdirilməsi labüddür. Ancaq gələcəkdə özəlləşdiriləcək müəssisələrin profilinin müəyyən müddətə dəyişdirilməməsi də gündəmdə olan məsələlərdəndir".

Nazir müavini bildirib ki, özəlləşdiriləcək səhiyyə müəssisələri sırasında Mərkəzi Dənizçilər Xəstəxanası, Bakı Dəmiryolu Xəstəxanası və Mərkəzi Dəmiryolu Xəstəxanası da var.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.