Sabirabadda 5 otaqlı ev külə döndü

1 декабря 2016 14:25

Day.Az представляет новость на азербайджанском языке

Sabirabadda yanğın faktı qeydə alınıb.

Day.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, rayonun Yenikənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 252 m2 olan birmərtəbəli 5 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanın. Evə bitişik talvar və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 04:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.