"28 ildir ki, bu, mənim prinsipimdir" - Faiq Ağayev - FOTOLAR

1 декабря 2016 14:39

Day.Az представляет новость на азербайджанском языке

"Heç vaxt media üçün qapalı konsert verməmişəm. İl ərzində haqqımda xəbər yazan, konsertimi işıqlandıran media nümayəndələrini tədbirimə dəvət edəcəm, gəlib istirahət etsinlər".

Bu sözləri Axşam.az-a açıqlamasında xalq artisti Faiq Ağayev deyib. Müğənni son günlər gündəmdən düşməyən "müğənni-jurnalist" qalmaqalına münasibət bildirib. 

F.Ağayev sənətçilərin böyük tədbirlərini mediaya qapalı etmələrinin tərəfdarı olmadığını vurğulayıb:

"İnsanın öz qərarıdır. Tədbir edəndə hər şeyi ölçüb-biçməlidir. Mənim tədbirim başqalarınınkından fərqlidir. Onlar etdiklərini məndən, mən də etdiyimi onlardan tələb edə bilmərəm. 28 ildir səhnədəyəm, bir prinsipim var ki, jurnalistlər dostumdur. Qapalı konsert nədir, başa düşmürəm. Qapalı ad günü keçirərlər. Bu normal haldır. Konsertə gəlmək, izləmək və məlumat almaq isə jurnalistin haqqıdır. Mənim üçün jurnalistlər bir növ "termometrdir". Çünki cəmiyyətin münasibətini, əhvalını bildirən jurnalistlərdir".

"Made in Azerbaijan" adlı solo konsertə hazırlaşan F.Ağayev yeni mahnılar üzərində çalışdığını söyləyib:

"Konsertdə 23 mahnı səslənməlidir. Yenidən aranjiman etdirdiyim iki hit mahnım var. Tamaşaçılar radioda, televiziyada eşitdiklərini dinləmək istəyirlər. Ona görə də mahnıları çox dəyişdirə bilmirik".

Müğənni "İfaçılar fəxri ad alandan sonra arxayınlaşıb, heç nə etməməlidir? Ümumiyyətlə, fəxri adlardan sonra bir çoxları səmimiyyətini itirir" sözlərinə belə cavab verib:

"2008-ci ildə xalq artisti adını alanda dəyərli Polad Bülbüloğlu zəng etdi ki, işləməsən, bu ada layiq olmayacaqsan. Bu ad bugünə kimi etdiklərin yox, bundan sonra etdiklərinə də aiddir. Ona görə də "mən xalq artisti oldum, heç nə etməyim" prinsipi olmaz. Səmimiyyətin qorunması fəxri adla bağlı deyil. İnsan fəxri ad alıb dəyişməyə, fəxri ad almayıb dəyişə də bilər".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.