Azərbaycana 750 ədəd "partladan" keçirmək istədilər - FOTOLAR

1 декабря 2016 15:36

Day.Az представляет новость на азербайджанском языке

Gömrükdə 750 ədəd petarda tipli pirotexnika məmulatı aşkar olunub.

Day.Az-ın Dövlət Gömrük Komitəsinin saytına istinadən məlumatına görə, Balakən Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən, ondan gömrük orqanına bəyan edilməyən 750 ədəd petarda tipli pirotexnika məmulatı aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.