Xatun Fatimədən 300 manata görə küsübmüş

1 декабря 2016 18:42

Day.Az представляет новость на азербайджанском языке

Rəqqasə Fatimə Fətəliyevanın iki il əvvəl çəkdirdiyi "Om Shanti Om" klipi ilə bağlı maraqlı məqamlar ortaya çıxıb. 

Day.Az axşam.az-a istinadən bildirir ki, "Zarafat-zarafat" verilişinə qonaq olan yumor ustası Fərda Xudaverdiyev rəqqasədən şikayətlənib:

"Fatiməni hər görəndə ağlayıram. Guya məni klipində Şahruk Xan edəcəkdi. Sonra baxdım ki, mənim əvəzimə Ramal İsrafilovu çəkib".

Proqramın aparıcısı, müğənni Xatun Əliyeva da rəqqasə ilə aralarında həmin ekran işinə görə inciklik yaşandığını söyləyib:

"Əvvəl mənə də demişdi ki, səni klipə çəkəcəm. Onun üstündə aramızda dava-dalaş oldu. Məndən pul istədi. Dedim, mən pul verənəm?"

F.Fətəliyeva isə klip üçün ifaçılardan 300 manat istədiyini etiraf edib:

"Rejissor türk idi, əvvəl dedi pulsuz çəkirəm. Sonsa qonorar istədi, özü də yüksək məbləğ. Mən də endirim etdirdim, amma yenə də gücüm çatmadı. Klipdə çəkiləcək tanınmış dostlarıma dedim ki, mənə kömək edin. Hərəsindən 300 manat istədim, verən oldu".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.