Qəhvəyi yumurta yoxsa ağ yumurta?

1 декабря 2016 20:34

Day.Az представляет новость на азербайджанском языке

Ağ və qəhvəyi yumurta arasındakı fərq nədir?

Bu mövzuda iki zidd, amma ikisi də səhv olan fikir mövcuddur. Qabıqdakı ağ rəngin, yumurtanın ideal meydana gəlməsini tamamladığını göstərdiyini, bunun xaricində bir rəng dəyişməsinin keyfiyyətdə eniş mənasına gəldiyini iddia edənlərin yanında, qabığın rəngi nə qədər tünddürsə qida baxımından da o qədər qiymətli olduğunu irəli sürənlər də var. SaqlamHeyat.az xarici mətbuata istinadən xəbər verir ki, ümumiyyətlə Avropa ölkələrində qəhvərəngi yumurtalar məqbul sayılarkən ABŞ-da vəziyyət tam tərsidir. Halbuki hər iki görüş də səhvdir.
Day.Az saqlamheyat.az-a istinadən bildirir ki, qida dəyəri, ləzzət və bişmə xarakteristikaları baxımından hər iki rəng yumurtanın da içi eyni dəyərdədir. Hər iki yumurtada da eyni miqdarda zülal, mineral və vitaminlər (C vitamini xaric) vardır. Təbii toyuğun yediyi yemin keyfiyyəti də müəyyən fərqlər yarada bilər. Yumurtanın içi deyil də qabığının rəngi ilə haqlı olaraq maraqlananlar yalnız onları qablaşdıranlar və satanlardır, çünki bir paketdə həmişə eyni rəngin olması müştəri tərəfindən seçilməkdədir.
Təbiətdə yaşayan heyvanların yumurtalarını rəngli və ya tünd rəngdə hətta kölgəli və xəttli şəkildə yumurtlamalarının əsas səbəbi, bu yumurtaları yemək istəyən düşmənlərinə qarşı qoruma təmin edərək nəsilin davamını təmin etməkdir.
Yumurtaların qabıqlarının rənglərini, toyuğun mənbəyinə, atalarının yaşadığı yerlərə bağlayanlar da var. Bu görüşə görə Asiya mənbəli toyuqların yumurtaları qəhvərəngi, Aralıq dənizi sahilləri mənbəlilərin isə ağ olurmuş. Daha çox qəbul görən bir başqa görüşə görə isə ağ qabıqlı yumurtalar ağ pipikli və qulaq məməsi ağ olan toyuqlar tərəfindən yumurtlanırmış. Pipik və qulaq məməsi qırmızı olanlar isə qəhvərəngi qabıqları olanları yumurtlayırmış.

Qabığı hansı rəng olursa olsun sizə yumurta ilə əlaqədar bəzi faydalı məlumatlar:
Yumurtanı qaynadıb qaynatmadığınızı unutdunuz. Masanın üstündə çevirin. Əgər dərhal dayanırsa təzə yəni bişməmiş, bir az daha uzun müddət dönməyə davam edirsə içi bərk yəni qaynadılmış deməkdir. Yumurtanın təzəliyi ilə maraqlanırsınızsa suya qoyun, təzədirsə suda batacaq, bayaddırsa üzəcək.
Yumurtada demək olar həyati bütün vitaminlər vardır. Olmayan tək vitamin C vitaminidir. Yumurtanın qida dəyəri yüksək olan qismi sarıdır. Ağı və sarısı qarışdırılaraq, omlet kimi bişirilən yumurtalarda, ağdakı bəzi maddələr sarıdakı vitaminlərin bir qisminin təsirlərini yox edirlər. Kalori baxımından ət və süd ilə müqayisə edildiyində, 55 qramlıq bir yumu
rta, 40 qram yağlı mal ətinə və ya 100 qram yağlı südə bərabərdir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.