Kişinin ağlını başından almaq istəyirsinizsə, onu... – QADINLAR OXUSUN

1 декабря 2016 21:12

Day.Az представляет новость на азербайджанском языке

Seksuallıq bir çox qadına doğuşdan verilən bir xüsusiyyətdir. Lakin bəziləri seksuallığını necə istifadə edəcəyini bilmir. Bir kişinin ağlını başından almaq istəyirsinizsə, seksuallığınızdan istifadə edin. Aile.lent.az bunun üçün tətbiq edə biləcəyiniz bir neçə sadə ipucu ilə sizi xanımları tanış edir. İnanın, kişilər bunların qarşısında dayana bilmir.

Dodaqlarınızı yüngülcə dişləyin

Dodaqlarınızı yüngülcə dişlədikdə kişinin diqqətini dodaqlarınıza çəkərək ağlını başından alırsınız.

Hamar dəri

Hamar bir dəridən daha seksual nə ola bilər? Buna görə də lap qədim zamanlardan indiyədək qadınlar bədənlərindəki tükləri təmizləyirlər.

Boynu və qulaqları açıq saxlayan saç modelləri

Boyun və qulaqlarımızı ortaya çıxaran yığılmış saç modelləri qadında seksual bir imic yaradır.

Kişinin köynəyini geyinmək

Kişinin paltarını geyindikdə ona "səni bədənimdə istəyirəm" mesajı verirsiniz.

Özünəinam

Özünü seksual hiss edən qadın içəri girdikdə hər kəs dönüb baxar.

Çiyni açıq geyimlər

Aşağı endirilmiş çiyinlər zəriflik və seksual görünüş verir. Bununla yanaşı, kişilərdə qadını qucaqlama və qoruma instinkti yaradır.

Hündür daban ayaqqabı ilə düzgün yerimək

Qadın hündür daban ayaqqabıda gözəl və cazibədar görünmək istəyirsə, gözəl yeridiyindən əmin olmalıdır.

Seksual səs tonu

Merlin Monro kimi nəfəsli səs tonları kişiləri ovsunlayır. Məşhur ulduzun müasirləri Monronun səsinin kişilərə afrodizyak təsiri etdiyini deyirlər.

Fərqli üslub

Yaradıcı stilə malik və gözəgəlimli qadınlar kişilərdə onları yaxından tanıma istəyi oyadır.

Dolğun dodaqlar

Dolğun dodaqlar hər zaman qadın gözəlliyinin simvollarından biri olub. Lakin bilərəkdən dodaqları önə çıxarmaq cəhdi seksual görünmür.

Zəriflik 

Zəriflik qadına mükəmməl bir tarazlıq gətirir. Seksuallığınızı nə olduqca çox ortaya çıxarır, nə də gizlədir.

İdman lasinləri

Lasinlər qadın siluetini ortaya çıxardığı üçün kişilər tərəfindən cazibədar hesab edilir. Lakin idman salonu xaricində geyinildikdə bütün təbiiliyini və sehrini itirir.

Çillər

Uşaqlıqla əlaqələndirilən çillər qadınlara qadınsayağı bir görünüş verir.

Təbii makiyaj

İnanın, qat-qat tonal krem ​​sürtüb, gözlərinizi makiyajla örtməklə seksual görünmürsünüz.

Eynək

Qatı və əlçatmaz bir imic yaradan eynək kişiləri maqnit kimi çəkir.

Ürəkdən gələn gülüş və təbəssüm

Kişilər duyğularını azad və açıqca ifadə edən qadınlar qarşısında dayana bilmirlər. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.