ABŞ-ın Azərbaycanda maraqları - kənd təsərrüfatı, nəqliyyat sahəsi...

1 декабря 2016 22:17

Day.Az представляет новость на азербайджанском языке

Amerika şirkətləri Azərbaycan iqtisadiyyatının kənd təsərrüfatı, informasiya texnologiyaları, eləcə də nəqliyyat və logistika kimi sektorlarına maraq göstərir.

Day.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham") icraçı direktoru Natəvan Məmmədova deyib: "Bu sahələr Azərbaycan üçün prioritet sahələrdir. Və biz məmnunuq ki, amerikalı biznesmenlər də iqtisadiyyatın bu sahələrinə maraq göstərir".

Onun sözlərinə görə, "AmCham" gələcəkdə Azərbaycan və ABŞ arasında biznes forumlar təşkil etməkdə davam edəcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.