Əsəbləri sakitləşdirmək üçün bu qidaları qəbul edin

1 декабря 2016 23:03

Day.Az представляет новость на азербайджанском языке

Gündəlik olaraq rast gəlinən əsəb və stress yalnız ruhi sağlamlığınıza deyil, eyni zamanda bədən sağlamlığınıza da zərər verir. Day.Az deyerler.org-a istinadən bildirir ki, həddindən artıq sinir və stresslə mübarizə aparmaq üçün yediyimiz qidalara da diqqət etmək lazımdır. Aparılan bəzi araşdırmalar nəticəsində gündəlik həyatda yediyimiz bəzi qidaların əsəbləri sakitləşdirdiyi və stressi azaldaraq xoşbəxtlik verdiyi müşahidə olunmuşdur. Sinirləri sakitləşdirən qidaları istehlak edərək gündəlik stress və əsəbdən mümkün qədər uzaqlaşmaq olar.

Bananın ruhi tarazlıq təmin etdiyi müşahidə olunur. Stressli anlarda bol-bol banan istehlak etməlisiniz. Bundan başqa, portağal, ərik və üzüm kimi, lif baxımından zəngin meyvələrin aqressivliyi azaltdığı müşahidə olunmuşdur. Sinir və stressi azaldan yeməklərdən biri də şokoladdır. Xüsusilə qara şokolad xoşbəxtlik verir. Yumurta protein baxımından zəngin bir qidadır. Yumurta istehlak etmək, aclıq səbəbiylə ortaya çıxan enerjisizliyi aradan qaldırır və ortaya çıxan gərginliyi aradan qaldırır.

Reyhan stressi azaldan bitkilərdən biridir. Reyhan sürətli və təsirli bir sakitləşdiricidir. Yeməklərə reyhan əlavə olunaraq gündəlik həyatın gətirmiş olduğu stressdən xilas olmaq mümkündür. Həftədə ən az bir dəfə balıq istehlak etmək depressiyaya qarşı qoruyur. Badamın da sinirlərә sakitləşdirici təsiri vardır. Yerkökü B6 vitamini baxımından zəngin tərəvəzdir və sinirləri sakitləşdirir. Stressin azaldılmasında təsirli olan B qrupu vitaminləri göbələk və çuğundurda bol olur. Bu səbəblə sağlam sinir sisteminə malik olmaq istəyiriksə, göbələk və çuğundur yeməliyik.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.