Aktyordan gözlənilməz qərar

Day.Az представляет новость на азербайджанском языке

Aktyor Engin Altan Düzyatan filmə çəkilməkdən imtina edib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, "Diriliş Ertuğrul" serialında Ertuğrul Gazi rolunu canlandıran Engin bir daha komediya filmlərində oynamayacağını bildirib.

Aktyor ona yenicə təklif olunan komediya filmindən də imtina edərək deyib: 

"Ssenarini oxudum, amma canıma yatmadı. Ona görə təklifi rədd etdim. Başqa daha maraqlı bir ssenari olsa, düşünərəm".

Qeyd edək edək, Düzyatan "Romantik Komedi" serialından sonra məşhurlaşıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.