Xərçəngin əmələ gəlmə səbəbləri

2 декабря 2016 00:09

Day.Az представляет новость на азербайджанском языке

Şiş xəstəliklərinin əmələ gəlməsində bioloji, fiziki və kimyəvi amillərin rolu vardır. Bəzi hallarda isə bu amillər kompleks şəkildə orqanizmə təsir edir. Şiş toxumasının əmələ gəlməsində müxtəlif nəzəriyyələr meydana sürülmüşdür. Bunlar aşağıdakılardır:
- dizontogenetik nəzəriyyə
- fiziki-kimyəvi nəzəriyyə
- polietioloji nəzəriyyə.
Dizontogenetik nəzəriyyə hüceyrələrin embrional inkişaf qüsurlarına əsaslanır. Bu zaman xarici mühit amilləri prosesə sürətləndirici və ya ləngidici təsir göstərir. Bəzən mütəxəssislər bu nəzəriyyəni qəbul etmirlər. Buna səbəb kimi mütəxəssislər dəridə inkişaf qüsuru kimi əmələ gələn xalı misal gətirirlər. Çünki dəridə olan adi xal insanın ömür boyu patologiya törətməyə də bilər, bəd xassəli şişə çevrilə də bilər. Çox vaxt xərçəng xəstəliyinə tutulan xəstələrin ailələrində bu xərçəngə rastgəlmə hallarının olması, bu xəstəliyin irsi yolla ötürülən patoloji hal olduğunu təsdiqləyir.
Day.Az immunitet.az-a istinadən bildirir ki, fiziki-kimyəvi nəzəriyyə xərçəngin, qıcıqlandırıcıların təsiri nəticəsində əmələ gəlməsini qeyd edir. Müasir dövrdə çoxalan radioaktiv maddələrin, ionlaşdırıcı şüalanmanın və bəzi kimyəvi maddələrin şiş xəstəliklərinin əmələ gəlməsinə səbəb olduğu öz təsdiqini tapmışdır.
Kimyəvi kanserogen maddələr orqanizmdə xərçəng xəstəliyinin əmələ gəlməsinə səbəb olması dəfələrlə öz təsdiqini tapıb.
Polietioloji nəzəriyyədə xərçəngin əmələ gəlmə səbəbi kimi müxtəlif amillər ön plana çəkilir. Bu səbəblərə virus, dishormonal vəziyyət, fiziki və kimyəvi amillər və hüceyrələrin onlara qarşı həssaslığı aiddir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.