Ermənistanın bütün nazirliklərində kütləvi ixtisarlar olacaq

2 декабря 2016 11:19

Day.Az представляет новость на азербайджанском языке

Ermənistanın bütün nazirliklərində çalışan kadrların ən azı 20 faizi ixtisar olunacaq.

Day.Az azvision.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Karen Karapetyan bildirib.

Təbiətin qorunması naziri Artsavik Minasyanın sözlərinə görə, onun rəhbərlik etdiyi nazirlikdə ixtisar edilən kadrların sayı 22 faizə çatacaq.

Məlumata görə, Müdafiə Nazirliyi, polis idarəsi və Milli Təhlükəsizlik Xidmətində ixtisarlar aparılmayacaq. 

Ekspertlər iddia edirlər ki, bu, Ermənistanda hərbi-polis rejiminin yaranacağı deməkdir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.