Aşıq Pənahın 90 illik yubileyinə həsr olunmuş konsert təqdim edilib

Day.Az представляет новость на азербайджанском языке

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə A.Rza Qobustanlı adına mədəniyyət evində Aşıq Pənahın anadan olmasının 90 illiyi ilə əlaqədar konsert proqramı keçirilib.

İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycan Aşıqlar Birliyinin nümayəndəsi Altay Məmmədov Aşıq Pənahın həyat və fəaliyyəti haqqında geniş məlumat verib.

Konsertdə Əli Tapdıqoğlunun rəhbərliyi ilə "Aşıqlar" xalq kollektivi, Aşıqlar Birliyinin üzvləri - Aşıq Əhliman, Aşıq Ağamurad, Aşıq Vüqar, Aşıq Gözəl Kəlbəcərli, Aşıq Elçin və Dərya dueti və digər gənc aşıqlar çıxış ediblər.

Konsertdə tanınmış xanəndələrdən Rövşən Əziz, Kamilə Nəbiyeva, Tahir Quliyev Aşıq Pənahın şeirlərinə bəstələnmiş mahnıları səsləndiriblər.

Sonda Aşıq Pənahın oğlu ailəsi adından tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.