Sabirabadda maşınlar toqquşdu, xəsarət alan var

Day.Az представляет новость на азербайджанском языке

Sabirabad rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Day.Az report.az-a istinadən bildirir ki, hadisə ötən gün axşam saatlarında Sabirabad şəhərinin H. Əliyev prospektində qeydə alınıb. "Mercedes" markalı avtomobillə "VAZ-2106" markalı avtomobilin toqquşması nəticəsində rayon sakini, 54 yaşlı Vurğun Məmmədhüseyn oğlu Hüseynov müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralı Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.