Beynin işləməsi üçün ən faydalı ərzaq

Day.Az представляет новость на азербайджанском языке

ABŞ alimləri südün insan beyninin fəaliyyətinə ən faydalı ərzaq olduğunu müəyyən ediblər.

Day.Az lent.az-a istinadən bildirir ki, bu barədə "Belta" saytı xəbər yayıb. Belə ki, elm adamları bu qənaətə 60-dan çox könüllü arasında aparılan eksperiment nəticəsində gəliblər.

Tədqiqatlarda yalnız yaşlı insanlar iştirak ediblər. Onlardan hər gün süd içmək tələb olunub. Nəticədə verilən tapşırığa riayət edənlərin beyinlərinin daha yaxşı fəaliyyət göstərdiyi müşahidə edilib.
Alimlər bunu süd içərkən insan orqanizmində müəyyən turşuluğun yaranmasına səbəb olan qlutationun əmələ gəlməsi ilə izah edirlər ki, bu da beyində yaşla əlaqədar xəstəliklərin qarşısını almağa kömək edir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.