Falkaonun keçmişini araşdırırlar

Day.Az представляет новость на азербайджанском языке

Radamel Falkao "Atletico Madrid"də oynadığı dönəmdə vergidən yayınmaqda ittiham olunur.

Day.Az goal.az-a istinadən xəbər verir ki, kolumbiyalı forvard buna "L`Equipe" nəşrinə açıqlamasında toxunub.

"Vəkilim İspaniya tərəfini lazımi informasiya ilə təmin etməyə hazırdır. Deyiləcək sözüm yoxdur. Futbola köklənməyə məcburam. Heç nədən çəkinmirəm. Belə məsələlərlə vəkilim məşğul olur".

"Monaco"nun vitse-prezidenti Vadim Vasilyev də təcrübəli hücumçunun arxasında olduqlarını bəyan edib.

"Qəzetlərdən bu xəbəri oxudum. Məlumatım dərin deyil. Amma Falkao bizim futbolçudur və sona qədər onu dəstəkləyəcəyik".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.