Rusiyada dəhşətli qəza - Azərbaycanlı gənc atası və əmisi ilə birlikdə öldü

Day.Az представляет новость на азербайджанском языке

Rusiyanın Voronej vilayətində azərbaycanlıların iştirakı ilə dəhşətli yol qəzası baş verib.

Day.Az Virtualaz.org-a istinadən xəbər verir ki, vilayətin Liskinsk rayonunda "VAZ 21099" avtomobili "Kamaz"la toqquşub. Nəticədə "VAZ"ın içindəki üç nəfər həlak olub. Onlar avtomobilin sürücüsü (51 yaş), onun 49 yaşlı qardaşı və 28 yaşlı oğludur. Ölənlərin hər üçü azərbaycanlıdır.

Ata və oğul Azərbaycan vətəndaşları olub. Onlar Voronejdə müvəqqəti qeydiyyatda imişlər.

Sürücünün qardaşı isə Rusiya vətəndaşlığı daşıyırmış və Poçepskoe rayonunun sakini olub.

İlkin məlumata görə, "VAZ 21099" qarşı hərəkət zolağına çıxıb və "Kamaz"la toqquşub.

"Kamaz"ın sürücüsü xəsarət almayıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.