İcbari sığortada yenilik

Day.Az представляет новость на азербайджанском языке

Sürücülərin əksəriyyəti qəza baş verən zaman sığorta şirkətlərinin süründürməciliyindən şikayətlənirlər. Artıq bu halların qarşısını almaq üçün yeni mexanizm hazırlanıb.

"İcbari sığortalar haqqında"qanuna edilən dəyişikliklə belə problemlərin qarşısını almaq mümkün olacaq. Qəza zamanı zərərçəkən ödənişi qarşı tərəfdən yox öz icbari sığortasından tələb edə biləcək.

Qanun qüvvəyə minsə də qarşılıqlı qaydalar tam müəyyən edilmədiyindən bir çox siğorta şirkəti bu xidməti göstərməkdən boyun qaçırır.

Hazırda yeniliyin sığorta şirkətləri arasında tətbiqi üçün qaydalar hazırlanır.

Bu qayda 2 avtomobil qəzası zamanı tətbiq edilə bilər. Toqquşan avtomobillərin sayı 2-dən çox olduqda bu qayda tətbiq olunmayacaq.

Day.Az xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
İcbari sığortada yenilik - süründürməciliyə son qoyulur