İki minik avtomobili toqquşub, sürücülər xəsarət alıb

Day.Az представляет новость на азербайджанском языке

Gəncədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

Day.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Cavadxan qəsəbəsinə gedən yolda qeydə alınıb. 

İki "VAZ 2107" markalı minik avtomobillərinin toqquşması nəticəsində sürücülər, Gəncə şəhər sakinləri, 1982-ci il təvəllüdlü Fərasət Məlikov və 1992-ci il təvəllüdlü Elnur Elbəgiyev müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Onların həyatlarına təhlükə olmadığı bildirilir.
 
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.