Azərbaycanlı "Nat Geo Wild"də

Day.Az представляет новость на азербайджанском языке

Fotoqraf və kinorejissor Adrian Streyn Afrikadan Azərbaycana nəsli kəsilən Qafqaz bəbirinin axtarışına gəlir. Bu mistik məxluq bioloji rəngarəngliyi, qədim irsi və sürətli modernizasiyası ilə məşhur olan ölkədə nəsli kəsilmək üzrədir.

Day.Az oxu.az-a istinadən xəbər verir ki, Streyn ekspertlər qrupu ilə səyahət edir, bura afrikalı ləpirçi, rusiyalı alim və yerli "bəbir insan" daxildir. 

Verilişdə Babaxan ilə tanış olacaqsınız. Adrian Streyn öz işinə bu qədər vurğun və sədaqətli olan ikinci adam tanımır. Azərbaycanlı ləpirçi, çəkilişlər başa çatmayana qədər bir dəfə də olsun istirahət istəməyib.

Adrian Streyn dünyada ən çox maraq doğuran bəbirin fotoqrafik təsdiqini əldə edə biləcəkmi?

Proqrama dekabrın 8-i "Nat Geo Wild" telekanalında saat 20:00-da baxa bilərsiniz.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycanlı