Bakıda mənzildən külli miqdarda pul və qızıl-zinət əşyaları apardılar

Day.Az представляет новость на азербайджанском языке

Bakıda mənzildən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlanıb.

Day.Az report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, naməlum şəxs və ya şəxslər Ələkbər Qasımov küçəsi ev 26-da yaşayan 1948-ci il təvəllüdlü Əli Əliyevə məxsus mənzilin pəncərəsinin dəmir barmaqlıqlarını qıraraq içəri daxil olublar. Oğrular mənzildən 70 min manat pul və 1 000 manat dəyərində qızıl-zinət əşyaları aparıblar.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.