Rafet El Roman azərbaycanlı sevənlərinə sürpriz edəcək

Day.Az представляет новость на азербайджанском языке

Türkiyəli müğənni Rafet El Romanın Bakı konsertinə sayılı günlər qalıb. 

Axşam.az-ın məlumatına görə, dekabrın 20-də Heydər Əliyev Sarayında baş tutacaq tədbirdə ifaçı sevənlərinə bir çox sürprizlər təqdim edəcək. 

Təşkilatçılığını Nahid Emiloğlunun etdiyi konsertdə Rafet orkestrı ilə birlikdə mahnılarını canlı səsləndirəcək. Aparıcılığını Nanə Ağamalıyevanın etdiyi gecədə dicey Roşka da çıxış edəcək. 

Rafet El Roman Bakıya konsertdən bir neçə gün əvvəl gələcəyini, şəhəri gəzəcəyini bildirib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.