Bu yolda hərəkət məhdudlaşdırılacaq

Day.Az представляет новость на азербайджанском языке

Bakıda Zığ-Hava limanı avtomobil yolunun bir hissəsində hərəkət məhdudlaşdırılır.

"Azəravtoyol" ASC-dən Day.Az-a verilən məlumata görə, aparılacaq profilaktik təmir işləri ilə əlaqədar olaraq dekabrın 9-dan etibarən Zığ-Hava limanı avtomobil yolunun (beton yol) Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində 3 hərəkət zolağıdan 2 zolaq hərəkət üçün qısa müddətlik bağlanacaq.

Sözügedən profilaktik təmir işləri yolun 15-ci km-də aparılacaq. Avtonəqliyyat vasitələrinin maneəsiz hərəkəti 1 hərəkət zolağı ilə təmin olunacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.