Aptekdən oğurluq edən şəxs iş başında tutuldu

Day.Az представляет новость на азербайджанском языке

Aptekdən oğurluq edən şəxs saxlanıldı. 

ARB TV xəbər verir ki, dekabrın 5-i gecə saat 04:14-də Sabunçu rayonu Zabrat qəsəbəsində vətəndaş Mehman Nadirova məxsus aptekdən rayon mühafizə idarəsinə həyəcan siqnalı daxil olub. Dərhal hadisə yerinə gələn mühafizə polisinin əməkdaşları aptekdə oğurluğa cəhd göstərən Tovuz rayon sakini Vahid Məmmədtağıyevi saxlamağa nail olublar. Saxlanılan şəxs müqavimət göstərməyə çalışsa da, onun qarşısını almaq mümkün olub. 

Baş verən faktla bağlı Sabunçu RPİ-də araşdırma aparılır. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Aptekdən oğurluq edən şəxs iş başında tutuldu