Bakıda qarlı hava sərnişinləri yolda qoydu

Day.Az представляет новость на азербайджанском языке

Faktiki hava şəraiti ilə əlaqədar olaraq, paytaxtın müəyyən hissələrində avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb, yollar buz bağlayıb.

Day.Az-ın Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadən məlumatına görə, vəziyyət daha çox paytaxtın nisbətən yükək ərzilərində Şərifzadə küçəsi və Mətbuat prospektində müşahidə edilməkdədir. Bu səbəbdən, həmin küçə və prospektlərdə xidmət göstərən sərnişin avtobuslarının qrafikində gecikmələr yaranır. Hazırda Bakı Nəqliyyat Agentliyi sərnişin avtobuslarının fəaliyyətində yarana biləcək çətinliklərin aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Bununla yanaşı, paytaxt yollarına və ictimai nəqliyyat şəbəkəsinə nəzarət gücləndirilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.