Dünyanın nüfuzlu saytından Azərbaycana qarşı təxribat

Day.Az представляет новость на азербайджанском языке

Milli.Az xəbər verir ki, dünyanın nüfuzlu mehmanxana bronlaşdırılması saytı olan www.booking.com Azərbaycan şəhəri Xankəndini Ermənistan şəhəri kimi göstərir. Bu saytda Azərbaycan Respublikasının icazəsi olmadan Xankəndidə mehmanxana otağı bronlaşdırmaq mümkündür.

Hazırda bu sayt üzərindən Xankəndi şəhərində iki mehmanxana üçün otaqlar sifariş etmək mümkündür.

Bu isə o deməkdir ki, Azərbaycanın əzəli torpağını Ermənistan torpağı kimi göstərməklə www.booking.com saytı Azərbaycanın ərazi bütövlüyünü qərəzli şəkildə təhrif edir, beynəlxalq hüquq normalarını kobud şəkildə pozur və Azərbaycan xalqını təhqir edir. 

Qeyd edək ki, 40 dildə yayılan www.booking.com saytı müştərilərə 212 ölkədən 600 minə yaxın mehmanxana və mehmanxana tipli obyekti təqdim edir və hər gün bu sayt vasitəsilə 750 minə yaxın otaq rezervasiya edilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.