Rayonlara gedən sərnişin avtobuslarının hərəkətində problem yoxdur

Day.Az представляет новость на азербайджанском языке

Bakıdan rayonlara hərəkət edən sərnişin avtobuslarının hərəkətində heç bir problem yoxdur.

Day.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Bakı Beynəlxalq Avtovağzal Kompleksinin sahə rəisi Məhəmməd Abdullayev deyib.

Onun sözlərinə görə, gecə və səhər saatlarında rayonlara hərəkət edən və rayonlardan Bakıya gələn avtobusların qrafikində gecikmə halları olmayıb:

"Yollarda o qədər də ciddi problemlər yaranmayıb. Bəzi yerlərdə qar yağsa da, yollar nəqliyyat vasitələrinin hərəkətinə açıqdır və avtobuslar sərnişinləri mənzil başına çatdıra bilib".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.