Yollar buz bağlayacaq

Bu gündən yenə Bakıya xəfif qar yağmağa başladı. Paytaxtın yüksək ərazilərində hətta qar yerə də oturdu. Əgər gecə boyu yağmağa davam etsə yəqin ki sabah hər tərəf ağ örpəyə bürünəcək. Hava şəraitini nəzərə alan Bakı Şəhər İcra Hakimiyyəti və Dövlət Yol Polisi isə indidən işə başlayıb. Yaradılan qərargah sabah qarla örtülmüş əraziləri tez təmizləmək üçün plan hazırlayıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, səhər saatlarından Bakıya ikinci qar yağır. Bu gedişlə sabah paytaxt tamamilə qara bürünəcək.

Xüsusilə də sürücüləri yollarda buzlanmaya qarşı alınan tədbirlər maraqlandırır.

Qarla örtülmə ehtimalı olan yerlərin təmizlənməsi üçün isə xüsusi qərargah yaradılıb.

Şəhərin yüksək əraziləri kameralarla müşahidə ediləcək. Hansı ərazidə daha çox texnikaların köməyinə ehtiyac görülərsə qruplar ora göndəriləcək.

Bu gün Bakıda hava şəraitinə görə 6 maddi zərərlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.