"Fiorentina"ya azarkeşlik edəcəm"

"Bizim üçün vacib oyun idi. Futbolçuların hər birinə "sağ ol" deyirəm".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
 
Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Fiorentina"nı qəbul edən Ağdam klubu meydandan 1:2 hesablı məğlubiyyətlə ayrılıb.
 
Matçdan sonra keçirilən mətbuat konfransında Qurbanov məğlubiyyəti belə şərh edib: "Məğlub olsaq da, qalib gəlmək üçün çox çalışdıq. "Fiorentina"ya qarşı oynamaq asan deyildi. Futbolçuları topla çox yaxşı davranırlar. Sadə qollar buraxdıq. Amma düşünürəm ki, "Fiorentina"ya qarşı layiqli oyun göstərdik. Bəzən biz də rəqibi topsuz qoyurduq və bu onlara çətinlik yaradırdı. Bu cür havada bizi dəstəkləməyə gələn azarkeşlərə minnətdaram. Sona qədər bizlə oldular. Onları məyus etmək istəməzdik. Rəqibə də uğurlar arzulayıram. İtaliyanın tam fərqli komandasıdı. Onların oyununa baxmaq hər birimiz üçün maraqlıdı. Mən də Avroliqada "Fiorentina"ya azarkeşlik edib, onların oyununa baxacam".