Miqrenin ən mühüm səbəbini bilirsinizmi?

Mütəxəssislər miqrenə qarşı nizamlı yuxu, balanslı qidalanma, idman etmək və gündə 2-3 litr su içmәyi tövsiyə etmәklә yanaşı, stress, əsən havalar, parlaq işıq, yüksək səsli şəraitlər və kəskin qoxulardan uzaq durmağı zәruri hesab edirlər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki,  viqrenin ani bir stresslə dərhal baş ağrıması ya da ağrının artması şəklində inkişaf edir. Mütəxəssislər yuxusuzluq ya da çox yatmaq, uzun müddətli ac qalmaq kimi səbəblərin də miqrenə yol açdığını bildirib.
 
Miqren diaqnozu qoyulduqdan sonra, müalicənin aparılması lazım olan ən vacib hal xəstənin ağrılarının miqdarıdır. Xəstənin bir ay içərisində üç, ya da üçdən artıq ağrısı olarsa, qoruyucu bir müalicə tətbiq edərək ağrıların sıxlığının azaldılması lazımdır. Əgər xəstənin ağrısı üçdən azdırsa, sadəcə ağrı olduğu zaman yalnız ağrı kəsicidən istifadə olunur.
 
Bu xəstəlikdən qorunmaq üçün yuxu rejiminizi gözardı etməyin, kafi və balanslı qidalanın, gərginlik və stressdən mümkün qədər uzaq durmağa çalışın, nizamlı idman edin, parlaq işıq, yüksək səsli şəraitlər və kəskin qoxulardan uzaq durun, gündə orta hesabla 2-3 litr su için.