Tərtərdə tank əleyhinə mina tapıldı

Day.Az представляет новость на азербайджанском языке

Tərtər rayonunda tank əleyhinə mina tapılıb.

Day.Az xəbər verir ki, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, rayonun Şıxarx kəndinin ərazisində yerləşən otlaq sahəsində 1 ədəd tank əleyhinə mina (TM-57) aşkar edilərək yerində zərərsizləşdirilib, nəticə etibarilə 150 kv.m ərazi yoxlanılıb.

Qeyd edək ki, ümumilikdə Agentlik tərəfindən 7 aprel - 9 dekabr 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Xocavənd, Bərdə, Füzuli, Beyləqan, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara, Salyan rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran və Bakı şəhərlərində 649 ev və həyətyanı sahə, 3 hərbi hissə, 2 kənd qəbristanlığı, 5 kənd orta məktəbi, 2 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu, 1 qoruq ərazisi, 1 çınqıl karxanası və 1 dəmir yolu stansiyası ərazisinə baxış keçirilib, 4 017 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 2 ədəd piyada əleyhinə mina (OZM-72), 2 ədəd "siqnal minası" və 46 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.