Facebook-da ən çox danışılan 10 xəbər

Day.Az представляет новость на азербайджанском языке

Sosial şəbəkə nəhəngi Facebook başa vurmaq üzrə olduğumuz 2016-cı ilin ən çox yadda qalan hadisələrini müəyyən edib.

Milli.Az sözcü-yə istinadən xəbər verir ki, bununla da Facebook diqqətləri 2016-cı ildə baş verən ən əhəmiyyətli hadisələrə yönəldib.

Sosial şəbəkə nəhəngi 2016-cı ilin ümumi baxış videosunu yayımlayıb. Bu il ilk dəfə ən çox izlənilən Facebook Live videoları da paylaşılıb

Facebook-un 2016-cı il üçün ümumi baxış videosunda ən çox danışılan hadisə ABŞ-dakı prezident seçkiləri olub. Haqqında ən çox danışılan məşhurlar David Bovie və Məhəmməd Əli olarkən, dünyanın çox marağına səbəb olan "PokemonGo" oyunu isə siyahıda üçüncü olub.

Bu da 2016-da Facebook-u silkələyən XƏBƏRLƏR:

1. ABŞ-da prezident seçkilərinin
2. Braziliyanın siyasəti
3. Pokemon Go
4. "Black Lives Matter" (qaraların həyatı qiymətlidir) hərəkəti
5. Rodrigo Duterte və Filippin prezidenti seçkiləri
6. Olimpiadalar
7. Brexit
8. Super Bowl (Amerikan Futbolu Çempionluq müsabiqəsi)
9. David Bowie
10. Məhəmməd Əli

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.