Südlü toyuq şorbası - Uşaqların menyusuna

Day.Az представляет новость на азербайджанском языке

Uşaqların qidalanmasında şorbanın yerini heç bir yemək verə bilməz. Şorbalar uşaqların menyusunda ön sırada durur. Day.Az lent.az-a istinadən valideynlərə uşaq şorbasının reseptini təqdim edir. Südlü toyuq şorbası 6 aylıq və ondan böyük uşaqlar üçündür.

Lazım olan ərzaqlar:

¼ su stəkanı süd 
1,5 çay stəkanı toyuq suyu 
1 desert qaşığı un
1 xörək qaşığı toyuq 
1 kök

Hazırlanma qaydası:
 
Bir xörək qaşığı qədər toyuğu bir kiçik köklə bişirin. Toyuq bişəndən sonra didin. Kökü yaxşıca əzin. Ayrı bir qabda 1/4 su stəkanı südlə 1 desert qaşığı unu bişirin. İçinə 1,5 çay stəkanı toyuq suyunu, əzilmiş kökü və toyuğu əlavə edin. Qaynayana qədər qarışdıraraq bişirin.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.