İstanbulda terrora qarşı etiraz yürüşü başladı

Day.Az представляет новость на азербайджанском языке.

İstanbulda terrora qarşı etiraz yürüşü başlayıb.

Milli.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, aksiya Türkiyə Demokratiya Platforması tərəfindən təşkil olunub.

Türkiyə Demokratiya Platformasının rəhbəri Kezban Hatemi deyib ki, platforma "Biz millətik, Türkiyəni terrora, çevrilişə təslim etdirməyəcəyik!" şüarı ilə fəaliyyətə başlayıb. Aksiya İstanbul Polis İdarəsinin qarşısından başlayıb, partlayışın baş verdiyi İstanbulun mərkəzindəki "Vodafon Arena" futbol stadionu yaxınlığında başa çatacaq.

Qeyd edək ki, dekabrın 10-da Bakı vaxtı ilə saat 23.29 radələrində İstanbulun mərkəzindəki "Vodafon Arena" futbol stadionu yaxınlığında törədilən iki partlayış nəticəsində 30-u polis əməkdaşı olmaqla, 38 nəfər ölüb, yaralananların sayı isə 155 nəfərə çatıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.