Manana: "Bilmirəm, valideynlərim gürcüdürlər, ya azərbaycanlı" - VİDEO
Day.Az представляет новость на азербайджанском языке
"Mənim nənəm azərbaycanlıdır"
ARB TV-də yayımlanan "Gəlin danışaq" proqramının növbəti qonağı əməkdar artist Manana Caparidze olub.
Olduqca pozitiv görünüşdə və maraqlı açıqlamaları ilə diqqət çəkən əməkdar artist özünü həm azərbaycanlı, həm gürcü kimi hiss etdiyini bildirib: "Yenilik deyil bu. Hamı bilir. Azərbaycanlılar çox qonaqpərvərdirlər. O qədər oxşarlıqlar var ki, mən bilmirəm, valideynlərim gürcüdürlər, ya azərbaycanlı".
Manana daha sonra nənəsinin azərbaycanlı olduğunu da vurğulayıb: "Mənim anamın nənəsi azərbaycanlı olub. Böyük nənəm azərbaycanlı idi. Babamın adı isə Telman".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре