17 yaşlı qız tibb dərsində öyrəndiyini öz üzərində sınayınca öldü

Day.Az представляет новость на азербайджанском языке.

İstanbulda tibb bacısı sahəsi üzrə təhsil alan qız dərsdə öyrəndiyi metodu öz üzərində sınaqdan keçirmək istəyib.

Milli.Az Takvim-ə istinadən xəbər verir ki, 17 yaşlı Deniz Temiz, dərsdə öyrəndiyi serum (fizioloji məhlul) müalicəsi üsullarını öz üzərində sınaqdan keçirincə həyatını itirib.

Əvvəllər də bu sınaqları etdiyi məlum olan qız, son olaraq həddindən artıq dozada dərman qəbul edib və bişməcədən qurtulmaq üçün yenə venasına fizioloji məhlul yeridib. 

Dənizin hər hansı bir psixoloji narahatlığının olmadığını ifadə edən əmisi Emin Temiz: "Hadisə baş verdiyi zaman ailəsi iş səbəbiylə İzmirdəydi. Qardaşım qızının məktəbdə öyrəndiklərini öz üzərində sınadığını bilirdim. Son olaraq təzyiq həbi alıb, öz səhhətini yaxşılaşdırmaq üçün qoluna fizioloji məhlul bağlamışdı. "Bunu məzun olandan sonra et", - deyirdim. Amma təəssüf ki, məni dinləmədi ", - deyib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.