Avtomobil dirəyə çırpılıb, xəsarət alanlar var

12 января 2017 20:59

Day.Az представляет новость на азербайджанском языке.

Tovuzda yol qəzası baş verib. Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb. Kənd sakini, 1995-ci il təvəllüdlü Elşad Çəfərov idarə etdiyi "VAZ 2106" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarında olan elektrik dirəyinə çırpılıb. Qəza zamanı sürücü və sərnişin, 1996-cı il təvəllüdlü Elgün Əhmədov müxtəlif bədən xəsarətləri alaraq Tovuz Rayon Mərkəzi Xəstəxanaya yerləşdiriliblər. 

Vəziyyətlərinin normal olduğu bildirilir.
 
Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.