Dünyanın ən kasıb ölkəsində təyyarə düşdü - 1 milyonluq qızıl daşıyırmış

12 января 2017 22:28

Day.Az представляет новость на азербайджанском языке

Dünyanın ən kasıb ölkələrindən olan Zimbabvedə təxminən 1 milyon dollar dəyərində qızıl daşıyan təyyarə qəzaya düşüb.

Day.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki,  təyyarə Bulavayo şəhərindən paytaxt Harareyə uçurmuş. Bu barədə polis sözçüsü Çariti Çaramba bildirib.

Onun sözlərinə görə, təyyarənin göyərtəsindəki olan iki nəfər və qızıllar xilas olunub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.