Yer fındığının haqqında bilmədikləriniz

Day.Az представляет новость на азербайджанском языке

Yerfındığı orqanizmə enerji və güc verir, əzələləri və sümükləri möhkəmləndirir.
Yerfındığı beyində və bədəndə olan yorğunluğu aradan qaldırır və yaddaşı möhkəmləndirir, hafizəni təzələyir.
Day.Az immunitet.az-a istinadən bildirir ki, ürək xəstəliklərinə faydalı olan bu meyvə cinsi fəaliyyəti artırır və sonsuzluğun aradan qalxmasına yardım edir.

Yerfındığı qanda olan xolesterolu aşağı salmaq qabiliyyətinə malikdir. O ürək və damar xəstəlikləri riskini aşağı salır.

Hər gün bir ovuc yerfındığı yemək döş, prostat və yoğun bağırsaq xəsçənginin yaranmasının qarşısını alır.
Yerfındığı immuniteti artırır, infeksiya xəstəliklərinin əmələ gəlməsinin qarşısını alır.
Şəkər xəstələrinin hər gün bir neçə yerfındığı yeməsində fayda var.
Yerfındığı yağı qəbizliyin qarşısını alır, qastrit, mədə qıcqırması və köpmənin qarşısını alır.
Yerfındığı xiyarla birlikdə qəbul edildikdə böyrək və sidik yollarındakı duzları tökdürür.
Zəif bədənə qüvvət verməkdə yerfındığı və bal qarışımının tayı-bərabəri yoxdur.
Yerfındığı budaqlarını suda qaynadıb yaraları yuduqda yaralar tez sağalır.
İstifadə qaydası: Yer fındığından çərəz olaraq istifadə edilir. Onun ləpəsini qabığı ilə birlikdə yemək daha faydalıdır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.