Müsəlmanlığı qəbul edən Ceksonun bu hərəkəti ailəsini qəzəbləndirdi

12 января 2017 23:14

Day.Az представляет новость на азербайджанском языке

Bir müddət əvvəl müsəlman olan müğənni Canet Ceksonun hərəkəti ailəsini qəzəbləndirib.

Day.Az axşam.az-a istinadən xəbər verir ki, müğənninin yeni doğulmuş övladına adqoyma mərasimi keçirilib. Uşağın qulağına Azan oxunub və iki qoyun qurban kəsilib. Bunu başa düşməyən Ceksonun ailəsi ona iradlarını bildiriblər. Bu barədə ailəyə yaxın mənbə danışıb.

Onun sözlərinə əsasən, Canetin övladı olarkən onun qulağına dua oxunması, müğənninin müsəlmanlığı qəbul etməsi, başını bağlaması azmış kimi, bir də qurban kəsdirməsi ailənin qəzəbinə səbəb olub.

Onlar ifaçının həyat yoldaşı, ərəb biznesmen və milyarder Vissal-əl-Mananın Maykl Ceksonun adının övladına qoymamasına da narazılıqlarını vurğulayıblar.
 
"Canet demişdi ki, oğlum olsa, adına qardaşımın adını qoyacam. Amma əri bu adın xristian olduğunu və müsəlman uşağa qoyulmağın düzgün olmadığını söyləyib".

Qeyd edək ki, iki ailə arasında narazılıqlarda Cekson həyat yoldaşının tərəfini tutub və ailəsinə qarşı çıxıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.