Bakıda ən çox piyada ölümü bu yolda olur - Keçid olmadığı üçün

Day.Az представляет новость на азербайджанском языке

Piyada keçidinin olmaması paytaxtın Yusif Səfərov küçəsinə yaxın yaşayanlar üçün ciddi problemdir. Çünki intensiv hərəkət olan yolu keçmək üçün uzun məsafə qət etməlisən.

Day.Az xezerxeber.az-a istinadən bildirir ki, insanların çoxu bu uzun məsafəni getməmək üçün təhlükəli yolu ayaqla keçmək istəyir. Elə buna görə də bu küçə paytaxtda piyada ölümü ilə nəticələnən qəzaların ən çox baş verdiyi yerlərdəndir.

Küçənin hər iki hissəsində yaşayış evləri, iş mərkəzləri, park, iki xəstəxana, dövlət qurumları və məktəb yerləşdiyini nəzərə alsaq,burda keçidin olmamasını başa düşmək çətindir.

Bu küçədən tez-tez keçən Rafael kişi isə keçidın omamasına  şeir də yazıb.

Ekspert Ərşad Hüseynov deyir ki, yol hərəkəti təşkil olunarkən bütün iştirakçıların fasiləsiz və təhlükəsiz hərəkəti təmin edilməlidir. Yol hərəkətinin ən kütləvi iştirakçıları piyadalar olduğundan piyadalara hər cür şərait yaradılmalıdır.

Bakı Nəqliyyat Agentliyi də məsələyə münasibət bildirib. Qurumdan bildirirlər ki, paytaxtdakı bütün piyada keçidləri ilə bağlı vəziyyət təhlil edilərək yekun nəticə hazırlanıb ki, bu da gələcəkdə keçid problemlərini həll etməyə imkan verəcək.

Agentlikdə hesab edirlər ki, təkliflər paketinin təqdimatından sonra problem öz həllini tapacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.