REYD: "Saxla!" işarəsinə əməl etməyib, aradan çıxdılar

Day.Az представляет новость на азербайджанском языке

Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi (DYP) bölməsinin əməkdaşları rayon ərazisində reyd keçirib.

Day.Az Publika.az-a istinadla bildirir ki, xəbər verir ki, reyd rayon mərkəzində və Artupa kəndi yaxınlığında təşkil edilib.

Astara Rayon Polis Şöbəsinin DYP bölməsinin rəisi, polis kapitanı İlqar Rəhimzadənin sözlərinə görə, reydin keçirilməsində əsas məqsəd baş verə biləcək yol nəqliyyat hadisələrinin qarşısını almaq olub. "Reyd zamanı 50-yə qədər nəqliyyat vasitəsi saxlanılıb. Nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən, sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə edərək kobud qanun pozuntusuna yol verən, təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər barədə inzibati protokol tərtib olunub. Dörd sərxoş sürücü inzibati məsuliyyətə cəlb edilib" - deyə o bildirib.

Qeyd edək ki, reyd zamanı yol polisi əməkdaşlarının "Saxla!" işarəsinə əməl etməyərək aradan çıxmağa cəhd göstərən sürücülər də olub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.