"Leonardo ilə Parisdə gözəl günlər keçirdik"

Day.Az представляет новость на азербайджанском языке

Hollivud ulduzu Leonardo DiKaprionun sevgilisi Nikol Meyer "Motez" dərgisinə açıqlama verib.

Day.Az axşam.az-a istinadən bildirir ki, Türkiyənin İstanbul şəhərində modelliklə məşğul olan aktyorun keçmiş sevgilisi Nikol Meyer onun barəsində belə deyib:

"Leonardo ilə Parisdə gözəl günlər keçirdik. O, qadın ruhundan anlayır. Həyatımda böyük iz buraxıb".

Mətbuatın Leonardonu "Model ovçusu" adlandırmalarına isə o, belə cavab verib:

"O, "model ovçusu" deyil, sadəcə gözəl qadınlardan xoşu gəlir. Təbii ki, modellər də gözəl olur".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.