Sevgilisindən Cennifer Lopezə 100 min dollarlıq hədiyyə

Day.Az представляет новость на азербайджанском языке

Müğənnilər Dreyk və Cennifer Lopez arasında sevgi macərası medianın diqqətindədir.

Day.Az axşam.az-a istinadən bildirir ki, tərəflər münasibətləri barədə heç bir açıqlama verməsələr də, onlar tez-tez birgə görünürlər.

Bu dəfə isə 30 yaşlı Dreyk 47 yaşlı Cey Loya bahalı aksesuar alıb. 16 karatlıq brilyantı olan platin aksesuarın qiyməti 100 min dollardır. Müğənni artıq həmin boyunbağını sevgilisinin konsertində iştirakı zamanı taxıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.