"Səs" yarışmasının məşhur üzvü ata olur - FOTOLAR

13 января 2017 08:25

Day.Az представляет новость на азербайджанском языке

Rusiyanın məşhur qrupu "Therr Maitz" lideri Anton Belyaev ata olmağa hazırlaşır.

Day.Az axşam.az-a istinadən bildirir ki, ilk dəfə ata olacağı xəbərini Anton İnstaqramda paylaşıb.

O, xanımı Yuliya ilə fotosunu izləyiciləri ilə bölüşüb. 2012-ci ildə ailə quran cütlük hazırda Maldiv adalarında istirahət edir.

Qeyd edək ki, A.Belyaev "Qolos" ("Səs") yarışmasına qatıldıqdan sonra daha da məşhurlaşıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.