"Mən də hamı kimi əks cinsin nümayəndəsini sevə bilərəm"

Day.Az представляет новость на азербайджанском языке

İtaliyalı aktrisa Monika Beluççi kişilərlə arasında yaşadığı problemlərdən danışıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, 52 yaşının olmasına baxmayaraq, hələ də sevə biləcəyini və sevgiyə inandığını bildirib.

"Mənə həddindən artıq ağıllı, özümdən razı kimi yanaşırlar. Amma istəyirəm, hər qadına olan münasibət mənə də göstərilsin. Mən də hamı kimi əks cinsin nümayəndəsinə, uşağa, işimə sevgi ilə yanaşmağı bacarıram", - deyə Monika vurğulayıb.

Beluççinin sözlərinə əsasən, 52 yaşının olmasına baxmayaraq, o, hələ də 20 yaşındakı kimi sevə bilər.

Qeyd edək ki, məşhur aktrisa iki dəfə ərdə olub. Onun ikinci nikahdan iki qızı var. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.